Bildim suçum nədir, titrədi qəlbim. Alışdı bədənim, yandı ürəyim. Mən sənin qədrini niyə bilmədim? Bağışla sən məni bağışla ana. Hər il yaşa dolub böyüdükcə mən, Əritdin ömrünü damla damla sən. Saçında ağardı əziyyətindən, Bağışla sən məni bağışla ana. Gözümün işığı, işıqlı dünyam. Arzu diləyinə hədəf olmuşam. Qəlbinin oduna mən sığınmışam, Bağışla sən məni bağışla ana. İnciyib ürəyin küsmüsən məndən. Xətrinə dəymişəm yəqin bilmədən. Qarşında diz çöküb yalvarıram mən, Bağışla sən məni bağışla ana Söz: Mehriban Həsənli. Mus: Emin Cəbrayılov. Скачано с сайта www.Muza.vip