Исполнитель: Qismet

Композиция: Sen de seveceksen

Sən də sevəcəksən məni gizlicə,
Mən də gizli eşqlə alışacağam.
Ağlımın əlində əsir eşqimdən, 
Hicrana, həsrətə danışacağam.

Sənə bəlli, mənə bəlli, heç kəsinsə bilmədiyi,
Bir ayrılıq yaşayacaq ürəyimizdə.
Sənə bəlli. mənə bəlli, heç kəsinsə görmədiyi,
Bir tənhalıq üşüyəcək gözlərimizdə.

Dağ həsrətli anlarımız saçımızda dən olacaq.
Ömrümüzdən varaq varaq düşən günü saymayaraq,
Həsrət dolu hər bir anı qəlbimizə yazacağıq, 
Üzümüzü gizlədərək görüşməli olacağıq.
Sənə bəlli, mənə bəlli, heç kəsinsə bilmədiyi, 
Bir ayrılıq yaşayacaq ürəyimizdə.

Saymazyana duracağıq yenə biz, 
Ürəyimiz tənhalıqdan yanacaq.
Bu həsrəti böləcəyik ikimiz, 
Biri məndə biri səndə qalacaq.

Söz:   Kəmalə Abıyeva.
Mus: Aygün Səmədzadə.
Страница с mp3:
https://muza.vip/catalog/q_eng/2839/27886
www.Muza.vip